“60 dəqiqə” proqramında kimin haqlı, kimin riyakar olduğu bir daha bəlli oldu!

MÜSAHİBƏ 02 okt 2020, 21:57
Bu il sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan – Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunmuş veriliş efirə gedib. Verilişdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan aparıcıların suallarını cavablandırıblar.
 
Verilişin aparıcıları birinci olaraq sualları Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlayıblar. Dövlətimizin başçısının real faktlara və dərin məntiqə əsaslanan cavabları ölkə ictimaiyyətinin ən müxtəlif təbəqələrinin nümayəndələri tərəfindən dərin razılıq hissilə qarşı­lanmışdır. Bu barədə “Optimist” Sosial Problemlərin Həllinə Yardım İctimai Birli­yinin sədri Habil Niftalı bunları demişdir:
 
– Mən möhtərəm Prezidentimizin “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında aparıcının suallarına parlaq və dərin məzmunlu cavablarını böyük maraqla izlədim və xalqımızın sevimli, müdrik lideri ilə bir daha sonsuz qürur duydum.
 
Aparıcının “cənab Prezident, xahiş edirəm deyin, bazar günü nə baş verib, bu qədər genişmiqyaslı və qanlı qarşı­durmaya təhrik edən nə olub?” sualına cavabında dövlətimizin başçısı aydın və məntiqli cavab verərək dedi ki, bazar günü baş verən hadisələrə Ermənistan artıq bir neçə ay idi ki, hazırlaşırdı. Əgər onların hərəkətlərinin və bəyanatlarının xronologiyası izlənilsə, aşkar görünər ki, onlar bu təxribata şüurlu şəkildə gedirdilər.
 
Cənab İlham Əliyev sonra demişdir: “Biz təmkin, konstruktivlik və sağlam düşüncə nümayiş etdirdik, lakin onların niyyətləri baş tutmayanda bu cür cəhd göstərdilər. Üstəlik, daha bir səbəb Ermənistanda mövcud olan daxili siyasi böhrandır. Axı, bu gün Ermənistanda Soros rejimi mövcuddur. Belarusda baş tutmayan çevriliş iki il bundan əvvəl Ye­revanda baş tutdu. Bu gün Paşinyanın şəxsində Ermənistanın rəhbəri Soro­sun əlaltısıdır. Bu adam çoxlu vədlər verib və bu vədləri yerinə yetirə bilmir, əslində, ölkə böhran içindədir”.
 
Ermənistanın baş naziri Nikol Paşin­yanın sözügedən proqramda çıxışı isə olduqca saxta və miskin təsir bağışladı. O, yersiz, savadsız və sərsəm sayıqla­maları ilə MDB məkanı boyda böyük bir teleauditoriyada özünü yenidən gülünc vəziyyətə saldı. Paşinyan növbəti dəfə xəstə təxəyyülünü işə salaraq, hətta Türkiyənin bu münaqişəyə birbaşa qo­şulduğunu iddia etdi. Halbuki, bu, yalan­dır, Türkiyə dövləti Azərbaycan xalqına yalnız mənəvi dəstək göstərir. Qarabağ cəbhəsində qəhrəmancasına vuruşanlar Azərbaycan xalqının mərd, igid əsgər və zabitləridir.
 
Paşinyan bütün dünyaya bəlli olan bu danılmaz faktı da etiraf etməyə özündə güc tapa bilmədi ki, onun ölkəsi işğalçı və təcavüzkardır. Beynəlxalq hüquq nöqteyi-nəzərindən günahkar tərəf Ermənistandır, çünki döyüş əməliyyatları Azərbaycanın ərazisində, Azərbaycan hərbi qüvvələri və erməni hərbi birləşmələri arasında aparılır.
 
Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, erməni əsgərinin Azərbaycan torpağında nə işi var? Milli Ordumuz zəfər yürüşü ilə Paşinyan və onun özü kimi cinayətkar ətrafına bu və başqa həqiqətləri tezliklə başa salacaq.
 
Sonda bir daha vurğulamaq istəyirəm: “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında kimin haqlı, kimin riyakar olduğu bir daha bəlli oldu!
 
Söhbəti yazdı: M.HACIXANLI, “Xalq qəzeti”
Jia.az

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top