Ramiz Mehdiyev şantaja başlayır

MÜSAHİBƏ 10 sen 2020, 14:30
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev onu tənqid edənləri növbəti dəfə hədələyib. 
JİA.AZ Yenisabah.az-a istinadən  xəbər verir ki, Ramiz Mehdiyevin hədəfi vaxtilə yaxşılıq etdiyi, indisə ona asi çıxan şəxslər olub.  AMEA prezidenti ad çəkmədən həmin şəxsləri nankor adlandıraraq şantaj edib. “Məni əsassız tənqidlər o dərəcədə narahat etmir, lakin məni ən çox narahat edən yaxşılıq göstərdiklərimin, həyatını belə, xilas etdiklərimin, ayağa qaldırdıqlarımın, məni görəndə ikiqat baş əyənlərin… bu gün mənə düşmən kəsilməsidir- nankorluğudur… Əgər onların barəsində əlimdə olan faktları ortaya qoysam, onlar gərək respublikadan baş götürüb qaçalar, aləm bir-birinə dəyər. Onlardan bəzilərini isə məhkəməyə verəcəyəm. Yazdıqları yalanlara, olmayan hadisələri uydurub söylədiklərinə görə yox, onların nankor olduqlarını cəmiyyətə sübut etmək üçün”, - deyə Ramiz Mehdiyev bildirib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top