Putin Qarabağa görə TŞ-ni yenə topladı

GÜNDƏM 16 okt 2020, 17:53

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə iclas keçirib.

JİA.AZ Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, görüşdə əsas müzakirə mövzusunun Rusiya və ABŞ arasında strateji hücum silahlarının ixtisarı haqqında müqavilənin uzadılması ilə bağlı aparılan dialoq və Qarabağ məsələsinin olduğunu bildirib.

Qeyd edək ki, iclasda Rusiya baş naziri, xarici işlər naziri, Federasiya Şurasının sədri, Təhlükəsizlik Şurası sədrinin müavini, Təhlükəsizlik Şurasının katibi, o cümlədən Prezident Administrasiyası, DİN, FTX və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top