BMT: "Mülki insanlara edilən bütün hücumları şiddətlə qınayırıq"

GÜNDƏM 17 okt 2020, 09:32

Birləşmiş Millətlər Təşkilatı (BMT) mülki şəxslərə edilən hücumları kəskin şəkildə qınayıb.

JİA.AZ xəbər verir ki, qurumun bəyanatında deyilir ki, təşkilat Ermənistan və Azərbaycan arasındakı münaqişədən və mülki əhaliyə hücumdan çox narahatdır.

BMT Baş Katibinin sözçüsü Farhan Haq Ermənistanın Gəncəyə raket hücumu ilə əlaqədar Baş katib Antonio Guterresin davam edən qarşıdurmadan çox narahat olduğunu deyib.

Guterresin Ermənistan xarici işlər naziri Zohrab Mnaçakanyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı apardığını və atəşkəsin tam həyata keçirilməsi ilə bağlı hər iki tərəfə dəqiq bir mesaj verdiyini deyən Haq BMT-nin humanitar yardıma hazır olduğunu və istənildiyi təqdirdə tərəflərlə işləməyə hazır olduğunu bildirib.

Bəyanatda tərəfləri danışıqlara çağıran sözçü 3 həftə davam edən qarşıdurmaların yükünün mülki əhalinin daşıdığına diqqəti çəkib. “Mülki insanların yaşadığı bölgələrə qarşı hər hansı bir hədəfi və hücumu şiddətlə qınayırıq”, – deyə Farhan Haq bildirib dedi.

Beynəlxalq hüquq normaları çərçivəsində mülki şəxslərin və mülki infrastrukturun qorunması məsuliyyətini xatırladan Haq Ermənistanı və Azərbaycanı gərginliyi azaltmağa, münaqişələri artıracaq və bölgədəki sabitliyi pozacaq hərəkətlərdən çəkinməyə və ATƏT-in Minsk Qrupu həmsədrlərinin nəzarəti altında danışıqlara təxirə salınmadan qayıtmağa çağırıb. .

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top