"Gəncə camaatı çox mətin və qətiyyətlidir, hazırda Ermənistan dərsini alır" - Kəmaləddin Heydərov

GÜNDƏM 17 okt 2020, 09:46

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Gəncədə Ermənistanın atdığı raketin düşdüyü yerdə olub. 

JİA.AZ xəbər verir ki, jurnalistlərə açıqlama verən nazir mülki şəxslərin həlak olmasının erməni vəhşiliyi və vandalizminin nəticəsi olduğunu bildirib:

“Təkcə Gəncəni deyil, digər yaşayış məntəqələrimizi də vururlar. Burada heç bir hərbi obyekt yoxdur, əhalinin çox yaşadığı yerdir. Camaat çox mətin və qətiyyətlidir. Heç bir panika yoxdur. Hazırda Ermənistan öz dərsini alır, Azərbaycan Ordusu qətiyyətli irəliləyişlər edir. Azərbaycan xalqı Ali Baş Komandanı dəstəkləyir və Ali Baş Komandan tarix yazır. Biz də xoşbəxt adamlarıq ki, o tarixi birgə yaşayırıq. Allah şəhidlərimizə rəhmət eləsin”.
Konkret.az

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top