“Ermənilər uşaq-böyük demədən günahsız insanları öldürür” - Çavuşoğlu

QARABAĞ 17 okt 2020, 13:02
"Ermənistan müharibə cinayətlərinə və mülki insanları öldürməyə davam edir. Uşaq-böyük demədən günahsız insanları öldürür".

JİA.AZ  xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Ermənistanın mülki əhalini hədəf alaraq Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə raket hücumunu qınayıb, Ermənistanın hərbi cinayətlər və mülki insanları öldürməyə davam etdiyini bildirib. O bu barədə rəsmi tvitter hesabında yazıb. 

"Ermənistan müharibə cinayətlərini və mülki insanları öldürməyə davam edir. Uşaq-böyük demədən günahsız insanları öldürür. Bu vəhşiliyə susmaq bu cinayətlərə ortaq olmaq deməkdir. İnsanlıq payını almayanlar günahlarına görə cavab verəcəklər. Biz hər zaman Azərbaycanın yanındayıq",-deyə Türkiyə XİN rəhbəri qeyd edib.
"Qafqazinfo"

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top