Ceyhun Bayramov xarici həmkarlarını Gəncə terroru ilə bağlı məlumatlandırıb

SİYASƏT 17 okt 2020, 15:33

Oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin növbəti dəfə raket atəşinə tutulması dinc əhalinin, mülki infrastrukturun hədəfə alınması ilə bağlı Xarici İşlər naziri Ceyhun Bayramov beynəlxalq təşkilatların rəhbərləri və xarici dövlətlərdəki həmkarları ilə əlaqə yaradıb.

XİN-dən JİA.AZ-a bildirilib ki, Nazir Ermənistan tərəfinin yenidən törətdiyi müharibə cinayəti və insanlıq əleyhinə cinayət nəticəsində azərbaycanlı mülki əhali arasında çoxsaylı itkilərin və yaralıların olması ilə əlaqədar qarşı tərəfə məlumat verib.

Şiddətlə qınadığımız bu qanlı cinayətin bütün məsuliyyətinin Ermənistanın üzərində olduğu qarşı tərəfin diqqətinə çatdırılıb.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top