Ermənistanın baş hərbi müfəttişi də istefa verdi

GÜNDƏM 18 noy 2020, 22:42

Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin rəisi Movses Akopyan istefa ərizəsini təqdim edib.

Bu barədə Akopyan Ermənistan KİV-nə verdiyi müsahibəsində bildirib.

“Bəli, istefa ərizəsini yazdım. Səbəbləri haqqında daha sonra məlumat verəcəyəm”,- deyə Akopyan bildirib.

Qeyd edək ki, Movses Akopyan Nikol Paşinyan baş nazir seçildikdən sonra, 2018-ci ilin mayında bu vəzifəyə təyin edilmişdi./“Qafqazinfo”/

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top