Ətraf mühitə zərərli selofan torbalar (VİDEO)

SAĞLAMLIQ 19 noy 2020, 22:58
Birdəfəlik istifadə edilən polietilen qabların satışı dayandırılır
Səbəb isə onların ekologiyaya birbaşa zərər vurması, həmçinin təkrar emala yararlı olmamasıdır. El arasında pinqvin adlandırdığımız paketlər, birdəfəlik istifadə üçün nəzərdə tutulan polietilen qablar birbaşa ətraf mühitə ziyan vurur.
 
Artıq bir neçə müddətdir ki, maarifləndirmə işləri aparılır. Əhali arasında selofan paketlərdən istifadə halları çox olsa da, eko çantalardan istifadə edənlərin sayı da artmaqdadır.
 
Nazirlik rəsmisi bildirdi ki, bütün dünyada olduğu kimi, bizim ölkəmizdə də mərhələli şəkildə alternativ vasitələrdən istifadə edilməlidir.
 
Qeyd edək ki, Milli Məclisin 20 noyabr tarixində keçiriləcək iclasında “Ətraf mühitin mühafizəsi haqqında”Qanununda dəyişiklik edilməsi də müzakirə olunacaq.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top