Cəbhədə könüllü xidmət edən həkim - VİDEO

QARABAĞ 19 noy 2020, 23:33

Əsgərlərimizlə birlikdə cəbhədə könüllü xidmət göstərən onlarla həkim və tibb bacılarımız da var. Onlardan biri Hadrut hospitalında könüllü həkim işləyən Aynurə Hidayətqızı "Xəzər Xəbər"in qonağı olub.
 
Onu bu addımı atmağa həkim vicdanı, bir də erməni qadın döyüşçü Annaya olan nifrəti sövq edib. Hadrut qəsəbəsində könüllü həkim işləyən Aynurə Hidayətqızının dediyinə görə, Anna adlı bu erməni qadının azərbaycanlılara qarşı elədiklərini oxuyub. Elə bu qisas hissilə də cəbhəyə yollanıb.
 
Aynurə həkim Hadrut hospitalında yaralılara tibbi yardım göstərib. O deyir ki, əsgərlərimizin yaralarından deyil, şücaətlərindən danışmaq lazımdır. Çünki ön cəbhədəki əsgərlər üçün Vətən hər şeydən öndə gəlir.
 
Aynurə Hidayətqızı indi yenidən işğaldan azad olunan torpaqlarımıza qayıdacağı günü gözləyir. Deyir ki, əsgər hardadısa, o da orda olmalıdır. Torpağın yarasını sarıyan oğulların yarasını sarımaq üçün.
 
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top