Prezident İlham Əliyev Kənan Seyidova general -mayor ali rütbəsi verdi.

ORDU 20 noy 2020, 19:52
🇦🇿 Prezidenti İlham Əliyev Kənan Seyidova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Kənan Əlihüseyn oğlu Seyidova general-mayor ali hərbi rütbəsi verilib.
 
Azərbaycan Respublikasının Quru Qoşunlarının zabiti olan Kənan Seyidov fəaliyyəti ilə seçilən hərbçilərdəndir.
 
Kənan Seyidov 2003-cü ildə kapitan qismində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. 11 il sonra, 2014-cü ildə isə Prezidentin sərəncamı ilə “Vətən uğrunda” medalına layiq görülüb.
 
O, 2016-cı ildə Aprel döyüşləri zamanı göstərdiyi qəhrəmanlığa görə ölkə başçısının sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilmişdir..
Jia.az

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top