Qurban Qurbanov: "Ağdamda oynayacağımız ilk oyunu gözləyirik"

İDMAN 20 noy 2020, 22:09
“Bu gün bizim üçün çox böyük bir gündür”.
 
Jia.az Apasport.az-a istinadən xəbər verir ki,“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
 
Klubun rəsmi saytına danışan təcrübəli mütəxəssis Ağdamın 27 ildən sonra işğaldan azad olunması ilə bağlı təəssüratlarını bölüşüb: “İllərdir həsrətini çəkdiyimiz torpaqlara geri dönürük və klub olaraq təmsil etdiyimiz Ağdam şəhəri artıq bu gün işğaldan azad olunub. İnanıram ki, komandanın həm kapitanı, həm baş məşqçisi olmuş Allahverdi Bağırov və digər şəhidlərimizin ruhu şaddır. Böyük qürurla Ağdamda oynayacağımız ilk oyunu gözləyirik”.
 
Qurbanov Azərbaycan Ordusuna və Ali Baş Komandan İlham Əliyevə təşəkkürünü bildirib: “Bir daha başda cənab Ali Baş Komandan olmaqla ordumuza bizə bu hissləri yaşatdığı üçün təşəkkür edirəm".

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top