Bakı şəhərinin Sabunçu və Suraxanı rayonunda yanğın olub

HADİSƏ 21 noy 2020, 12:17

Bakı şəhərinin Suraxanı və Sabunçu rayonlarında yanğın hadisəsi baş verib.

Bu barədə JİA.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Suraxanı rayonunda beşmərtəbəli yataqxana binasının dördüncü mərtəbəsində ümumi sahəsi 100 kvadrat metr olan mənzildə ev əşyaları 5 metr sahədə yanıb.

Mənzil yanğından mühafizə olunub.

Bakı şəhərinin Sabunçu rayonunda isə ümumi sahəsi 22 kvadrat metr olan vaqon tipli köməkçi tikilinin içərisində əşyalar yanıb. Yanğın zamanı həcmi 50 litr olan məişət qaz balonu yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top