Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibi təsdiqləndi

DAXİLİ SİYASƏT 04 yan 2021, 14:04
 
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
 
JİA.AZ  xəbər verir ki, sərəncama əsasən Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurası aşağıdakı tərkibdədir:
 
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri
 
Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
 
Rövşən Rzayev – Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri
 
Tural Gəncəliyev – Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı
 
Fatma Yıldırım – Azərbaycan Respublikası Milli Məclisinin deputatı
 
Fərhad Bədəlbəyli – Bakı Musiqi Akademiyasının rektoru
 
Ədalət Muradov – Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru
 
Kamal Abdulla – Azərbaycan Dillər Universitetinin rektoru
 
Alim Qasımov – Azərbaycan Respublikasının Xalq artisti.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top