Zəngəzurun Şurnux kəndində 12 ev Azərbaycan Ordusuna təhvil verilib

BÖLGƏ 04 yan 2021, 18:15
Ermənistanın Sünik vilayətinin (Zəngəzur) Şurnuxu kəndində 12 ev Azərbaycan Ordusuna təhvil verildiyi üçün buranın sakinləri öz qohumlarının evinə köçüblər. 
JİA.AZ “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu haqda Gorus icmasının rəhbərinin müavini Menua Ovsepyan məlumat verib. 
Kənd nümayəndəsi Akop Arşakyan agentliyə açıqlamasında bildirib ki, kəndlilər son əşyalarını toplayırlar. Kəndin Azərbaycana aid hissəsinə girişdə artıq bir nəzarət nöqtəsi qurulduğu deyilir. 
Arşakyan bu gün iclas keçirildiyini və sakinlərə bəzi məsləhətlər verildiyini də vurğulayıb:
“Orada erməni sərhədçiləri, bir neçə rus sülhməramlısı da var idi. Kəndlilərə açıq şəkildə qaytarılan əraziyə keçməməyi, hətta heyvanlarının da orada gəzməməsini təmin etməyi tapşırdılar".
Qeyd edək ki, sözügedən evlərin yerləşdiyi ərazilər Ermənistan SSR-in keçmiş sərhədlərindən kənarda - Azərbaycanın Zəngilan rayonunun ərazisində yerləşir. Azərbaycan öz suveren ərazisi üzərində nəzarəti bərpa edir.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top