Güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir.- YENİLƏNİB

TURİZM 03 yan 2021, 19:11
Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir.
JIA.AZ xəbər verir ki, bunu APA-ya açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.
Hava şəraiti normallaşan kimi, bütün təxirə salınmış reyslər eyni gündə yerinə yetiriləcək. Sərnişinlərə bu haqda məlumat təqdim ediləcək.
Xüsusilə nəzərinizə çatdırırıq ki, təxirə salınmış uçuşların sərnişinlərinin COVID-19-a dair mənfi nəticəsi olan tibbi arayışı həmin istiqamətdə uçuşlar bərpa edildikdə etibarlı olacaqdır. 

***19:07
Naxçıvan aeroportunda güclü duman olması səbəbindən son 3 gün ərzində Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareysləri həyata keçirmək mümkün olmayıb.

JIA.AZ xəbər verir ki, bunu APA-ya açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.
P. Kəsəmənski deyib ki, hava şəraiti normallaşdıqdan sonra Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareys bərpa olunacaq: “Bu halda AZAL bir gün ərzində Bakı-Naxçıvan-Bakı marşrutu üzrə təxirə salınan bütün aviareysləri yerinə yetirəcək”.
Qeyd edək ki, son 3 gündə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 3 aviareys təxirə salınıb.

JIA.AZ

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top