Dünya bazarında neftin qiymət artımı davam edir.

NEFT, QAZ 06 yan 2021, 08:03

Dünya bazarında neftin qiymət artımı davam edir. Belə ki, “Brent” markalı neftin mart fyuçersləri bahalaşaraq 54,02 ABŞ dollarına çatıb.

JIA.AZ xəbər verir ki, WTI markalı neftin fyuçersləri də 0,5% bahalaşaraq, 50,26 ABŞ dollarına satılıb.

Qeyd edək ki, dünən OPEC+ ölkələrinin fevral ayındakı hasilata dair qərarı ərəfəsində neft qiymətləri artmağa başlayıb.

Ötən gün Bakı vaxtı ilə saat 15:05-ə olan vəziyyətə görə, “Brent” markalı neftin mart fyuçersləri 1,17 faiz bahalaşaraq 51,69 ABŞ dollarından, WTI markalı neftin fevral fyuçersləri də 1,26 faiz bahalaşaraq 48,22 ABŞ dollarından satılıb.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top