Semyon Peqov Xankəndidə yenidən görünməyə başlayıb. VİDEO

DÜNYA 06 yan 2021, 22:04

JİA.AZ xəbər verir ki, Tovuz döyüşləri və vətən müharibəsi zamanı özünü erməni xalqının dırnaqarası media təmsilçisi kimi təqdim edən Semyon Peqov yenidən Xankəndidə ortaya çıxıb. Qarabağ haqqında sənədli film çəkəcəyini bildirən Peqovun əsl məqsədi təxribat törətməkdir. Barəsində bir neçə ölkədə cinayət başlanan Semyon Peqova Ermənistanda da münasibət birmənalı deyil. Lakin o, havadarlarından aldığı tapşırığı yerinə yetirmək üçün yenidən qarabağa yollanıb.
 
 
"VarGonzo"nun barəsində cinayət işi başladılan təxribatçı jurnalistinin Qarabağda yenidən çəkilişlər etməsi millətlərarası münasibətləri qızışdırmağa hesablanıb.
 
Müharibə bitdikdən sonra "VarGonzo" layihəsinin jurnalisti Semyon Peqov Xankəndidə yenidən görünməyə başlayıb. Şuşa-Xankəndi yolu üstündə çəkiliş aparan Peqov Qarabağ haqqında sənədli film çəkəcəyini və regiona yenidən gəlməyi planlaşdırdığını deyib. Təxribatçı hərəkətləri ilə Peqovun məqsədi, sözsüz ki, hansısa film çəkib onu yaymaq deyil, sadəcə münaqişəni qızışdırmaqdır.
 
Əməkdar jurnalist Qulu Məhərrəmlinin sözlərinə görə, Peqovun hazırki vəziyyəti heç də yaxşı deyil. Azərbaycan Baş Prokurorluğunun noyabrın sonlarında barəsində cinayət işi başladıb beynəlxalq axtarışa verdiyi Semyon Peqova Ermənistanda da xoş münasibət yoxdur. Peqovu bu ölkədə də satqın və yalançı kimi tanıyırlar.
 
Mövcud vəziyyətdə isə Sergey Peqovun Azərbaycan ərazilərinə gəlməsi hüquqazidd əməldir. Üstəlik, bu səfəri peşə fəaliyyəti kimi təqdim etməsində isə onun kimlərinsə planlarının icrasını həyata keçirdiyi açıq-aydın görünür. Hazırda Xankəndidə olduğunu bildirən Peqovun barəsində Ukraynada da cinayət işi başlanıb. Bununla yanaşı, Peqovun Gürcüstan və Moldova qanunvericiliyini pozması ilə bağlı faktlar da var.
JİA.AZ XəzərXəbər -in hazırladığı video materialı sizlərə təqdim edirik:
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top