Ərazilərin minalardan təmizlənməsinə dronlar cəlb edildi - VİDEO

QARABAĞ 06 yan 2021, 23:23
JİA.AZ xəbər verir ki,İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün yeni texniki vasitələrdən istifadə olunur. Artıq ərazilərin minalardan təmizlənməsi üzrə agentlik tərəfindən əməliyyatlara dronlar da cəlb edilib. Ərazidə xidmət aparan minaxtaran əməkdaşların sayı da artırılır.

Yaxın zamanlarda işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsinə yeni vasitələr cəlb olunacaq. Bu məqsədlə ölkəmizə yeni mexaniki "Bojena" maşınları gətiriləcək.

İşğaldan azad olunmuş ərazilərin çətin relyefə malik olması səbəbindən ANAMA həmin ərazilərdə dronlardan da istifadəyə başlayıb. Gələcəkdə agentlik tərəfindən bu işlərin genişləndirilməsi nəzərdə tutulur. ANAMA-nın operativ qərargah rəisi İdris İsmayılov bildirdi ki, bununla bağlı artıq onlara təkliflər gəlib.

İdris İsmayılov bildirdi ki, ANAMA işlərin vaxtında yekunlaşması üçün bütün gücünü səfərbər edib. Artıq ərazidə fəaliyyət göstərən əməkdaşların sayı da artırılıb.

İdris İsmayılov onu da əlavə etdi ki, ölkəyə yeni texniki vasitələrin gətirilməsi ərazilərin minalardan təmizlənməsi zamanı vaxt itkisinin qarşısını alacaq.
JİA.AZ xezerxeber-in hazirladığı video matrealı sizlərə təqdim edirik

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top