Biz dədə-babamızın qəbirlərini ziyarət edərkən girov düşdük -Şahbaz Quliyev

CƏMİYYƏT 07 yan 2021, 14:41
Əlimi qırmışdılar, ciyərlərimi dağıtmışdılar - Şahbaz Quliyev
 
Mən çox şadam ki, Azərbaycana qayıda bilmişəm. Biz dədə-babamızın qəbirlərini ziyarət edərkən girov düşdük. Məndə göz-baş qalmamışdı, ciyərlərimi ödə kimi dağıtmışdılar. Axşam yatmağa belə qoymurdular. Çarpayının altına elə şey qoymuşdular ki, onun səsi adamı yatmağa qoymurdu.
 
JİA.AZ xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş Şahbaz Quliyev deyib.
 
“Onların qondarma “milli təhlükəsizlik” qurumu dəyənəkləri belimizdə qırıb. Mənim gözümün qabağında Beynəlxalq Qırmızı Xaç Komitəsinin üzvlərini qovdular ki, əlimə baxmasınlar. Əlim qırıq idi. Mənə deyirdilər ki, Dilqəmin dövlət tərəfindən göndərildiyini de. Məni Şuşaya aparan zaman da yaxşı baxmırdılar. Bizi kamerada bağlamışdılar ki, oturun burada”, - o bildirib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top