Dilqəm Əsgərov Bakıda qandonduran faktları açıqladı

CƏMİYYƏT 07 yan 2021, 14:50
Burda olmağımıza görə Prezident İlham Əliyevə təşəkkür edirəm. Bütün Azərbaycan xalqını qələbəmiz münasibətilə təbrik edirəm.
 
JİA.AZ xəbər verir ki, bunu 6 il düşmən girovluğunda qalmış Dilqəm Əsgərov deyib.
 
D.Əsgərov deyib ki, Kəlbəcərə ilk səfəri deyildi:
 
"1998-ci ildən bəri Kəlbəcərə gedib gəlirdim. Onlar məni girov götürdükdən sonra Xankəndiyə apardılar. Orada hər iki barmağımı qırdılar. Başımın sümükləri sınıqdır, səhhətimdə problem var. Dəmir boşqabda qızdırılmış su verilir, üç qaşıq makaron verirdilər. Orada 55 kiloya qədər arıqladım. Taqətdən düşdüm, yeriyə bilmirdim. Həkimə apararkən maşında avtomatla döyürdülər. Elə vaxt olub ki, onların prokurorlarının yanında 15 nəfər məni istintaq zamani döyüb. 2 il məktub yazmağa imkan vermədilər. Bir tərəfim tamamilə iflic oldu. Bunun hamısını Qırmızı Xaç Komitəsi bilirdi. Ancaq tədbir görmədi. Mənə radio gətirdilər. Mən radioda bizə qarşı edilən haqsızlıqlar barədə söhbətlər eşitdim. Ancaq yenə də heç bir köməklik etmədilər. Dünya Azərbaycanlılarının Həmrəylik Günündə mənə ömürlük həbs cəzası verib, Şuşaya göndərdilər. Orda vəziyyət acınacaqlı idi".
 
D.Əsgərov bildirib ki, 6 il Şuşa türməsində qalıblar:
 
"Təmiz havaya gündə 1 saat çıxa bilərdik. Əvvəl yarım saat idi. Sonra artdı. İki dəfə Xankəndidə məni elektrikə vermişdilər. Məqsədləri bu idi ki, Azərbaycan xalqının və dövlətinin əleyhinə danışım. Ancaq buna razı olmadım. Hətta ora xaricdən jurnalistlər gəlmişdi. Orada məni iki dəfə vurdular ki, o jurnalistərə müsahibə verim. Ancaq imtina etdim, dedim, yalnız Kəlbəcərdə verə bilərəm. Umidim var idi ki, qurtulacağıq. Dövlətimizin apardığı uğurlu siyasəti izləyirdim. Onlara da dedim ki, gec-tez, Azərbaycan əsgəri gəlib bura çıxacaq. Şükür ki, gəldilər də", - D.Əsgərov deyib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top