Müdafiə Nazirliyi vətəndaşları hərbi formaya hörmətlə yanaşmağa çağırır - VİDEO

ORDU 08 yan 2021, 19:48
JİA.AZ xəbər verir ki, Müdafiə Nazirliyi vətəndaşları hərbi formaya hörmətlə yanaşmağa çağırır.
Vətən müharibəsində iştirak etmək üçün səfərbərlik üzrə həqiqi hərbi xidmətə çağırılmış və artıq ehtiyata buraxılmış bəzi vətəndaşların hərbi geyim formasını daşıma hüququna malik olmadığı halda ölkə ərazisində həmin geyim formasından istifadə etməsi halları müşahidə olunur.
 
Ekspertlərin sözlərinə görə, hərbi forma xüsusi geyimdir. Ondan da ancaq daşıma hüququna malik olan şəxslər istifadə edə bilər. Digər hallarda isə bu durum qanuna ziddir.
 
Hərbi ekspert Şair Ramaldanov qeyd edib ki, bir sıra hallarda hərbi geyim formasının kobud şəkildə pozulması durumuna da rast gəlinir.
 
“Bəs, nəyə görə verilən hərbi forma geri təhvil alınmır” sualına cavab verən ehtiyatda olan polkovnik vurğulayıb ki, onların istismar müddəti başa çatdığına görə, həmin geyim geri alınmır.
 
Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə - inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
 
JİA.AZ Realtv-nin mövzu ilə bağlı hazırladığı video materialı sizlərə təqdim edirik:
JİA.AZ

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top