Rusiyadakı Azərbaycan vətəndaşlarının pasportlarının müddəti uzadıldı

CƏMİYYƏT 12 yan 2021, 22:51

Azərbaycanın Rusiyadakı səfirliyi ölkə vətəndaşlarına müraciət edib.
Səfirlikdən JİA.AZ-a verilən məlumata görə, koronavirus pandemiya dövrünün yaratmış olduğu çətinlikləri nəzərə alaraq, xarici ölkələrdə yaşayan vətəndaşlarımızın qanunsuz miqrant statusuna düşməmələri və fəaliyyətlərini hüquqi zəmində tənzimləmələri üçün sahib olduqları və etibarlılıq müddəti 01 yanvar 2020-ci il tarixindən etibarən bitmiş və ya bitəcək olan bütün növ pasportların (diplomatik, xidməti və ümumvətəndaş) etibarlılıq müddəti yaşadıqları ölkə ərazisində fəaliyyətlərini tənzimləmələri məqsədi ilə 01 iyul 2021-ci il tarixinədək uzadılmış hesab olunur. Azərbaycan Respublikası vətəndaşları yaşadıqları ölkəni tərk edərək Vətənə qayıtmaq istədiklərində isə qayıdış şəhadətnaməsi rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikasının aidiyyəti diplomatik nümayəndəliklərinə müraciət etməlidirlər.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top