Bakıdakı apteklərdə “Valerian” dərman preparatı tapılmır.

SAĞLAMLIQ 18 fev 2021, 23:47
 
JİA.AZ Xezerxeber.az-a istinadən verdiyi məlumata görə, əczaçııar dərmana tələbatın olduğunu, lakin gəlmədiyini bildirirlər. Olduğu müddətdə isə preparatın bir şüşəsi alıcılara 34 qəpiyə təklif olunub.
 
Dərman deposundan da bu preparatın olmadığını bildiriblər. Səbəbini isə dərmanın istifadə müddətinin başa çatdığı ilə əlaqələndiriblər.
 
Terapevt Nahid Məhərrəmov isə bildirib ki, "Valerian" bitki tərkiblidir və pişikotu bitkisinin köküdür. Ürəyində narahatlığı olan şəxslər çox istifadə edir, bu isə doğru deyil .
 
Terapevt onu da bildirib ki, "Valerian"ın əvəzedicisi var, lakin onların da normadan çox istifadəsi orqanizmdə problemlər yarada bilər.
 
JİA.AZ Xezerxeber.az mövzu ilə bağli hazırladığı  videomateriali təqdim edir:
 
 

 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top