Vasif Talıbovun maskasız fotoları müzakirə yaratdı

BÖLGƏ 19 fev 2021, 06:37
Bu gün sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun və digər rəsmi şəxslərin ötən gün baş tutan Ağbulaq xizək mərkəzinin açılışı zamanı maska taxmaması müzakirələrə səbəb olub.
 
JİA.AZ xəbər verir ki, açıq havada keçirilən mərasim zamanı sosial məsafəyə əməl edilməməklə yanaşı həmçinin maska da taxılmayıb. Ali Məclis rəhbərinin və üzvlərinin Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına riayət etməməsi tənqidlə qarşılanıb. 
 
Bu arada bildirək ki, Naxçıvan Muxtar Respublikasında koronavirusa yoluxma statistikası 0,05 faiz təşkil etsə də, Operativ Qərargahın qərarına əsasən ölkə ərazisində açıq havada maska taxmaq məcburidir. Qaydanı pozan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq protokol tərtib edilir. 
 
Qeyd edək ki, Azərbaycanda rəsmi şəxslər açılış mərasimlərinə qatılan zaman maskadan istifadə edirlər. (Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top