Qəbələdə zəncirvari qəza nəticəsində səkkiz maşın toqquşdu

CƏMİYYƏT 19 fev 2021, 16:26
Qəbələ rayonu ərazisində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
 
JİA.Az-ın məlumatına görə, baş verən hadisə nəticəsində səkkiz avtomobil toqquşub.
 
Qəzaya yolun buz bağlaması səbəb olub. Baş verən hadisə zamanı yol qısa müddətə bağlanıb.
 
Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.
 
Qısa müddət ərzində avtomobillər həmin ərazidən götürülüb və hərəkət iştirakçıları yoluna davam edib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top