Bu ilin yanvar ayında xarici ölkələrə gedənlərin sayında azalma müşahidə olunub

TURİZM 19 fev 2021, 19:35
 
JİA.Az Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2020-ci ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən vətəndaşlarımızın sayı 15,6 dəfə azalıb.
 
Ölkə vətəndaşlarının 48,1 faizi Türkiyəyə, 14,8 faizi Rusiya Federasiyasına, 10,4 faizi Gürcüstana, 8,7 faizi İrana, 18 faizi digər ölkələrə səfər edib.
 
Gedənlərin 77,2 faizini kişilər, 22,8 faizini qadınlar təşkil edib. Bu dövrdə ötən ilin eyni ayı ilə müqayisədə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 68,1 dəfə, Gürcüstana gedənlərin sayı 45,1 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı 17,8 dəfə, Türkiyəyə gedənlərin sayı isə 3,2 dəfə azalıb.
 
2021-ci ilin yanvar ayında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 31,2 faizi dəmir yolu və avtomobil, 60,7 faizi hava, 8,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.
 
Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasının yaratdığı böhran nəticəsində turizm sektorunda müşahidə olunan tənəzzül digər ölkələrdə olduğu kimi, Azərbaycanda da davam edib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top