Ərdoğan müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişlərini təsdiqləyib

XARİCİ SİYASƏT 20 fev 2021, 10:22
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqqında" Sazişi və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” Sazişi təsdiq edib.
JİA.AZ-ın xəbərinə görə, bu barədə Türkiyənin “Resmi Gazete”sində məlumat verilib.
Sazişlər imzalandığı gündən qüvvəyə minib.
 
Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqqında" Saziş 25 fevral 2020-ci il tarixdə Bakı şəhərində,“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” Saziş isə 2017-ci il oktyabrın 31-də Bakı şəhərində imzalanıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqqında" Sazişi və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” Sazişi təsdiq edib.(apa.az)
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top