Azərbaycan meyvə-tərəvəz ixracını azaldıb

İQTİSADİYYAT 20 fev 2021, 11:05
Bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrə 37 055,72 min ABŞ dolları dəyərində 34 400,90 ton meyvə-tərəvəz ixrac edib.
JİA.AZ-ın  Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə ötən ilin yanvar ayı ilə müqayisədə ixrac olunan meyvə-tərəvəzin dəyəri 12%, həcmi isə 8,3% azalıb.
Qeyd edək ki, bu ilin ilk ayında Azərbaycandan ixrac olunan meyvə-tərəvəz məhsullarını əsasən tomat, meşə fındığı, alma, xurma və nar təşkil edib.
Hesabat dövründə 6 854,43 min dollar dəyərində 7 000,08 ton tomat ixrac edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən müvafiq olaraq 48,3% və 34% azdır.
Cari ilin yanvar ayı ərzində 10 355,15 min dollar dəyərində (9,1% azalma) 1 624,29 ton (azalma 12%) meşə fındığı ixrac olunub.
Ölkədən həmçinin 281,37 min dollar dəyərində 776,71 ton alma ixrac olunub ki, bu göstərici üzrə dəyər olaraq 12 dəfə, həcm isə 10 dəfədən çox azalıb.
Bu ilin ilk ayı ərzində ölkədən 16 675,65 min dollar dəyərində (57,2% artım) 22 494,78 ton (artım 67,4%) xurma ixrac olunub.
İxrac üzrə hesabata cari ilin yanvar ayından etibarən nar məhsulu da daxil edilib ki, bu kateqoriya üzrə 997,31 min dollar dəyərində 757,26 ton məhsul ixrac olunub.(apa.az)
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top