Qənirə Paşayeva şəhid polkovnik-leytenantın həyat yoldaşı ilə Milli Məclisdə görüşüb. - Foto

DAXİLİ SİYASƏT 21 fev 2021, 12:57

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin şəhidi, polkovnik-leytenant İlqar Vəliyevin həyat yoldaşı Təhminə xanım Vəliyeva ilə Milli Məclisdə görüşüb.

JİA.AZ xəbər verir ki, millət vəkili şəhidimizin romanlara çevriləcək, kitablara düşəcək döyüş yolu ilə maraqlanıb, ürək sözlərini bölüşüb.

İlqar Vəliyevin “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunduğunu xatırladan millət vəkili şəhidlərimizin, qazilərimizin, əsgərlərimizin sayəsində 30 illik həsrətə son qoyulduğunu və torpaqlarımızın azad edildiyini bildirib.

Şəhid zabitin ailəsinə Komitə adından məktub və xatirə hədiyyələri təqdim edilib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top