Prezident Xalid Əhədovu Müşahidə Şurasına sədr təyin etdi

DAXİLİ SİYASƏT 22 fev 2021, 18:57
 
Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. 
 
JİA.AZ  xəbər verir ki, sərəncama əsasən, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:
 
Müşahidə Şurasının sədri
 
Xalid Əhədov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
 
Müşahidə Şurasının üzvləri
 
Rəhman Hümmətov – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
 
Xəyyam Məmmədov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top