İsveçrə sakini lotereyada 210 milyon avro uddu

İQTİSADİYYAT 27 fev 2021, 12:54
İsveçrə vətəndaşı "Euromillions" lotereyasında rekord məbləğdə uduşa sahib olub.
 
Xarici medianın verdiyi məlumata görə, sözügedən şəxs fevralın 26-sı axşam saatlarında lotereyadan 210 milyon avro udub.
 
Qeyd edək ki, "Euromillions" lotereyasının bundan əvvəlki rekord ötən ilin dekabr ayının 11-də qeydə alınıb. Bu rekord 200 milyon avro udan Fransa vətəndaşı təyin etmişdi.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top