Qəbələ rayonunda intihar hadisəsi qeydə alınıb.

HADİSƏ 28 fev 2021, 07:25
Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birinci kurs tələbəsi özünü asdı
JİA.AZ-in məlumatına görə, hadisə Zərgərli kəndində baş verib.
 
Kənd sakini, 2003-cü il təvəllüdlü Seymur İlqar oğlu Əsgərov özünü yaşadığı evin həyətindəki tövlədə asıb. Onun meyitini ailə üzvləri aşkarlayıb.
 
Qeyd edək ki, 18 yaşlı S.Əsgərov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birinci kurs tələbəsi olub.
 
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top