Yevlaxda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

HADİSƏ 28 fev 2021, 22:11
 
 
JİA.AZ APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Yevlax-Bərdə avtomobil yolunda Bərdə postuna yaxın ərazidə baş verib.
 
Bərdə istiqamətdən hərəkətdə olan “VAZ 2107” markalı maşın digər minik avtomobili ilə toqquşub. Nəticədə “VAZ 2107”-də olan iki nəfər hadisə yerində ölüb.
 
Digər avtomobildə olan qadın, azyaşlı uşaq və sürücü ağır xəsarət alaraq Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
 
Bunlar 1993-cü il təvəllüdlü Əhmədli Əhliman Kamal oğlu, 1993-cü il təvəllüdlü Əhmədli Ayşən Rafiq qızı və 2016-cı il təvəllüdlü Əhmədli Şəlalə Əhliman qızıdır.
 
Məlumata görə, hər üç yaralı bir ailənin üzvləridir.
 
Faktla bağlı araşdırma aparılır.
JİA.AZ

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top