Putin məşhur kəşfiyyatçıya yüksək vəzifə verdi

DÜNYA 03 mar 2021, 00:26
 
Rusiya Prezidenti Vladimir Putin xarici ölkələrlə mədəni və regionlararası əlaqələr idarəsinin rəhbərini dəyişib.
JİA.AZ xəbər verir ki, bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.
 
Putinin fərmanına əsasən, bu vəzifəyə İqor Maslov təyin olunub. Maslov həm də Xarici Kəşfiyyat Xidmətinin polkovnikidir.
 
Bu idarənin əvvəlki rəhbəri Rusiya Xarici Kəşfiyyat Xidmətinin generalı Vladimir Çernov idi.
 
Qeyd edək ki, Rusiya Prezidenti bu idarəni 2005-ci ildə ABŞ-ın MDB ölkələrində rəngli inqilablarına qarşı müqavimət üçün yaratmışdı. İdarə özəlliklə MDB üçün nəzərdə tutulub. Onun bütün tərkibi demək olar ki, xüsusi xidmət orqanlarının əməkdaşlarından təşkil edilir. İdarə MDB ölkələrində nüfuz agentləri yaratmaqla bərabər, bu ölkələrdə müxtəlif proseslərə müdaxilələr də həyata keçirir, yumşaq güc tətbiqini reallaşdırır.
 
Maslova gəlincə, o, idarədə əsasən Moldova istiqamətinə nəzarət həyata keçirib. Bəzi iddialara görə, hətta keçmiş prezident İqor Dodon belə onun nəzarətində olub. İndi bu şəxs təkcə Moldova yox, bütün MDB ölkələri ilə bağlı məsul şəxs olacaq. Dodonla bağlı iddiaların doğru olmasını nəzərə alarsaq, o zaman onun nə qədər genişmiqyaslı olduğunu təxmin etmək mümkündür.
 
Maslov Dodonu ABŞ təsirinin güclü olduğu, Avropa Birliyinin assosiativ üzvü olan Moldovada prezident etdiyi, sonra da parlament seçkisində onun qələbə qazanmasına şərait yaratmış şəxs sayılır.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top