Bir nəfər bir il sonra həbs edildi, zərərçəkən etiraz etdi

HADİSƏ 08 mar 2021, 19:57
Bakıda qız qaçırmaqda ittiham edilən şəxs bir il sonra həbs edilib. Onunla birlikdə ittiham edilən şəxslər barəsində məhkəmə hökmü çıxarılıb.
 
JİA.AZ Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda ittiham edilən 1986-cı il təvəllüdlü Coşqun Əhədzadənin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
 
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hadisənin bəzi təfərrüatları məlum olub.
 
Məlumata görə hadisə Sabunçu rayonunda baş verib. Elturan Daşdəmirov və onun əmisi oğlu Tərlan Daşdəmirov birlikdə qız qaçırıblar. Elturan Daşdəmirov qaçırılan Q.M (ad və soy ad şərtidir) ilə evlənmək niyyətinin olduğunu bildirib. Zərərçəkmişin isə bu evlilikdə istəyi olmayıb.
 
Hər iki şəxs saxlanılaraq məsuliyyətə cəlb olunub. Onlar barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək) maddəsi ilə ittiham elan edilib.
 
Hər iki şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökm çıxarılıb və hazırda həbsdədirlər.
 
Cinayətdə əli olduğu bildirilən Coşqun Əhədzadə isə hadisədən bir il sonra həbs edilib. Ona da eyni maddə ilə ittiham irəli sürülüb.
 
Sonuncu məhkəmə iclasında zərərçəkmiş Q.M iştirak edib və bəzi xahişlərini məhkəmənin diqqətinə çatdırıb. Bildirib ki, iş araşdırılan zaman bəzi nöqsanlara yol verilib. Coşqun Əhədzadə Bakıda olduğu halda bir il müddətinə axtarılmayıb.
 
Q.M işin ədalətli araşdırılması, təqsirləndirilən şəxslərə daha ağır cəza verilməsi üçün əlavə şahidlər olan qohumlarının dindirilməsini istəyib. Məlum olub ki, Q.M yaşadığı məhəllədən öz qohumlarının yanından qaçırılıb.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top