Bu rayonlarda yağan qar nəqliyyatın hərəkətini çətinləşdirib

GÜNDƏM 08 mar 2021, 22:42
 
Hava şəraitinin dəyişməsi ilə əlaqədar Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçib.
 
Bu barədə JİA.AZ-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.
 
Qeyd olunub ki, bununla əlaqədar RPŞ-nin Dövlət Yol Polis Bölməsinin əməkdaşları rayon ərazisində mütəmadi xidmət apararaq, sürücü və piyadaların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlər görür.
 
“Göygöl rayon sakinlərindən, xüsusi ilə dağ kəndlərində yaşayanlardan xahiş olunur ki, mümkün qədər yaşayış yerlərini tərk etməsinlər, nəqliyyat vasitəsi idarə edənlər isə ara məsafə, minimal sürət və digər zəruri tədbirlərə riayət etsinlər” - deyə, məlumatda vurğulanıb.
 
***
 
Gədəbəy rayonu istiqamətində hərəkətdə olan, qoşqulu yük avtomobili yolların buz bağlaması nəticəsində hərəkət qabiliyyətini itirərək yolda qalıb.
 
Dərhal ərazidə xidmət aparan Gədəbəy RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları hadisə yerinə gələrək müəyyən tədbirlər həyata keçirib.
 
Belə ki YPX əməkdaşlarının gördüyü təhlükəsizlik tədbirləri nəticəsində yolun müəyyən hissəsi bir müddətlik hərəkətə bağlanıb, asfalt örtüyünün qardan təmizlənməsi üçün işlər görülüb. Nəticədə yük avtomobili hərəkətini bərpa edərək yoluna davam edə bilib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top