Qayıdışla bağlı işçi qrupu yaradıldı

DAXİLİ SİYASƏT 09 mar 2021, 22:35
Rəhbəri Azərbaycan Respublikası Prezidentinin köməkçisi olan qrupa on bir qurumdan nümayəndə daxildir.
“2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə işğaldan azad olunmuş ərazilərə böyük qayıdış üzrə dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya üzrə alt İşçi Qrup yaradılıb.
 
JİA.AZ-ın məlumatına görə, İşçi Qrupun rəhbəri və üzvləri aşağıdakı kimi formalaşdırılır:
 
İşçi Qrupun rəhbəri
 
Azərbaycan Respublikası Prezidentinin köməkçisi (razılaşmaya əsasən)
 
İşçi Qrupun üzvləri:
 
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
 
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
 
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
 
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
 
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
 
Azərbaycan Respublikası energetika nazirinin müavini
 
Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
 
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
 
Komitəsi sədrinin müavini
 
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini
 
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini
 
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini
 
Qeyd edək ki, Baş nazir Əli Əsədov “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə verilmiş tapşırıqların və uyğun olaraq qarşıda duran məsələlərin icrasının təmin edilməsi haqda sərəncam imzalayıb. “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış Komissiyanın 5 prioritet istiqamət üzrə fəaliyyət göstərəcək 10 alt işçi qrupu yaradılıb və onlara müvafiq tapşırıqlar verilib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top