Prezidentin təltif etdiyi general kimdir?

GÜNDƏM 12 mar 2021, 13:48
JİA.AZ xəbər verir ki, Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla general-mayor İlqar Məmmədov "İgidliyə görə” medalı ilə mükafatlandırılıb.
 
Prezidentin təltif etdiyi general-mayor İlqar Məmmədov haqqında bəzi məlumatları təqdim edir:
 
İlqar Məmmədov 7 oktyabr 1970-ci ildə Azərbaycan Respublikasının Şirvan şəhərində anadan olub. 1991-ci ildən SSRİ Silahlı Qüvvələrinin Lvov Ali Hərbi Məktəbini, 2005-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını və 2009-cu ildə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib. 1991-1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində zabit kimi xidmət edib.
 
1992-2013-cü illərdə Azərbaycan Respublikası Daxili Qoşunlarında tabor komandirinin tərbiyə işlər üzrə müavini, tabor komandirinin müavini - qərargah rəisi, əlahiddə tabor komandirinin birinci müavini, alay komandirinin tərbiyə işləri üzrə köməkçisi, tabor komandiri, Tədris alayında silsilə rəisi, alay komandirinin birinci müavini – qərargah rəisi, alay komandiri, Ali Hərbi Məktəb rəisinin müavini – qərargah rəisi vəzifələrində xidmət edib.
 
Azərbaycan Respublikasının Prezidentinin 8 mart 2014-cü il tarixli Sərəncamı ilə general-mayor hərbi rütbəsi verilib.
 
Azərbaycan Respublikasının Prezidentinin 11 mart 2008-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
 
Azərbaycan Respublikasının Prezidentinin 25 fevral 2014-cü il tarixli Sərəncamı ilə general-mayor Məmmədov İlqar Aydın oğlu Azərbaycan Respublikası Daxili Qoşunları Ali Hərbi Məktəbinin rəisi vəzifəsinə təyin olunub.
Ailəlidir. İki övladı var./Musavat.com/

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top