Prezident bu hərbçiləri təltif etdi - Sərəncam

GÜNDƏM 12 mar 2021, 13:56
Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imazlayıb.
 
JİA.AZ sərəncamınnini təqdim edir:
 
Xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:
 
“Vətən uğrunda” medalı ilə
 
Abbasov Vurqun Arif oğlu – polkovnik
 
Cəbrayılov Rövşən Ata oğlu – polkovnik
 
“İgidliyə görə” medalı ilə
 
Məmmədov İlqar Aydın oğlu – general-mayor
 
İsmayılov Alim Şükür oğlu – polkovnik
 
Məmmədov Sahib Kamaləddin oğlu – polkovnik
 
“Hərbi xidmətlərə görə” medalı ilə
 
Babayev Eldar Muxtar oğlu – polkovnik-leytenant
 
İsmayılov Eyvaz Əvəz oğlu – polkovnik-leytenant
 
Məhərrəmov Zaur Barat oğlu – polkovnik-leytenant
 
Məmmədov Vüqar Təhməz oğlu – polkovnik-leytenant
 
Ələkbərov Rəşad Rafiq oğlu – mayor
 
Tağıyev Arzuman Nadir oğlu – kapitan
 
Qurbanov Elçin Yaşar oğlu – baş leytenant.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top