Məhkəmə Ata Abdullayevlə bağlı qərar verdi

KRİMİNAL 13 mar 2021, 23:01
Özünü videobloger kimi təqdim edən Ata Abdullayevin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanının təqdimatına baxılıb.
 
Demokrat.az xəbər verir ki, Səbail rayon Məhkəməsinin qərarı ilə istintaq orqanının təqdimatı təmin olunub və Ata Abdullayevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
Qeyd edək ki, Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılıb.
 
O məmurları şantaj edərək külli miqdarda pul tələb edirmiş.
 
Ata Abdullayev çoxsaylı şikayətlər əsasında iş başında tutulub.
 
İstintaq orqanı tərəfindən Ata Abdullayevin barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan olunub.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top