İnsan alveri ilə məşğul olan qadın məhkəmə qarşısında

KRİMİNAL 14 mar 2021, 08:25
Azərbaycanlı qadınları fahişəliyə cəlb etməkdə təqsirli bilinən qadın hakim qarşısına çıxarılıb.
 
JİA.AZ xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində ittiham edilən Kəmalə Məmmədovanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
 
Ona qarşı Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək) maddəsi ilə ittiham elan edilib.
 
Kəmalə Məmmədova Azərbaycan vətəndaşı olan bir qrup qadını aldadaraq Türkiyə respublikasına aparıb və orada otellərdə kişi müştərilərlə görüşdürüb, bunun müqabilində pul qazanıb.
 
Onun əməllərindən bir qrup qadın Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə müraciət edib. Şikayət əsasında Kəmalə Məmmədova saxlanılıb. Kəmalə Məmmədovanın bu əməlləri nəticəsində 7 qadın zərər çəkib.
 
Qeyd edək ki, Kəmalə Məmmədova eyni əməllər törətdiyi üçün 2008-ci ildə də həbs olunmuşdu. Həmin dövrdə o, qızı ilə birlikdə 10-a yaxın qadını Türkiyəyə aparıb və orada cinsi istismara məruz qoyduqları məlum olunmuşdu.
 
Xatırladaq ki, Kəmalə Məmmədova və qızı insan alveri ittihamı ilə həmin il mühakimə olunmuş və məhkum edilmişdilər. K.Məmmdəova azadlıqdan çıxdıqdan sonra eyni əməllərə davam edirlər./musavat.com/

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top