Şəhriyar Məmmədyarov Aronyana qalib gəldi YENİLƏNİB+VİDEO

İDMAN 14 mar 2021, 08:33
JİA.AZ xəbər verir ki, Şahmat üzrə Çempionlar Turunun dördüncü mərhələsinin birinci günündə beş tur oynanılıb.
 
Azərbaycan qrossmeysterləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov da mübarizəyə qoşulub. Şahmatçılarımız hərəyə beş matç keçirib.
 
İlk turda Ermənistanı tərk etsə də, hələ də bu ölkənin şərəfini qoruyan Levon Aronyanla görüşən Şəhriyar turnirə qələbə ilə başlayıb. O, rəqibini qara fiqurlarla məğlub edib. Ardınca Daniil Dubov (Rusiya) və Hikaru Nakamura (ABŞ) ilə heç-heçə edən Məmmədyarov Yorden Van Forrest (Niderland) üzərində qələbə qazanıb. Məmmədyarov günün son qarşılaşmasında Maksim Vaşye-Laqrava (Fransa) uduzaraq günü 3 xalla tamamlayıb.
 
Rəcəbov da erməni rəqibi ilə prinsipial görüşə ilk gündə çıxıb. Startda Aniş Giri (Niderland), Daniil Pişo (Argentina) və Uesli So (ABŞ) ilə heç-heçələrı sıralayan şahmatçımız ağ fiqurlarla oynadığı Aronyanla da xalı yarı bölüb. Teymur günün son matçında Daniil Dubova (Rusiya) qalib gəlib. 
 
İlk beş turdan sonra Aniş Giri 4 xalla yarışın lideridir. Şəhriyar 3 xalla 4-cü, eyni xala malik Teymur isə əlavə əmsallara görə 6-cıdır. 
 
Qeyd edək ki, növbəti 5 turun oyunları martın 14-də keçiriləcək.
 
20:50
 
Şahmat üzrə Çempionlar Turunun dördüncü mərhələsində Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov ilk oyunlarını keçiriblər.
 
Oxu.Az xəbər verir ki, Məmmədyarov “Magnus Carlsen Invitational” adlanan yarışda Levon Aronyanla qarşılaşma ilə debüt edib.
 
Qara fiqurlarla oynayan 36 yaşlı qrossmeyster rəqibini məğlub edib.
 
Rəcəbov isə turnirə heç-heçə ilə başlayıb. O, ilk turda Niderland şahmatçısı Aniş Giri ilə xalları yarı bölüb./oxu.az/


DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top