Bu gündən Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti qalxıb

İQTİSADİYYAT 02 iyn 2021, 09:11

Azərbaycanda bu gündən benzinin qiymətində dəyişiklik edilib.

Jia.az-ın əldə etdiyi məlumata görə, Aİ-95 markalı benzinin qiyməti 1.40 manat olub.

Məlumatlı mənbələrdən bildirilib ki, qiymət dəyişikliyinə beynəlxalq birjalarda neftin qiymətinin artması səbəb olub. Belə ki, Aİ-95 markalı benzin Azərbaycanda istehsal olunmadığı, xaricdən idxal edildiyi üçün qiymət artımı labüd olub. 

Qeyd edək ki, buna qədər sözügedən marka benzinin qiyməti 1.25 manat idi.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top