"Ağıllı şəhər"standartının yaradılması bizə nə verəcək

İQTİSADİYYAT 07 iyn 2021, 15:16

Hazırda “Ağıllı kənd” və “Ağıllı şəhər”lərin yaradılması konsepsiyası ölkəmizdə gündəmdə olan məsələdir. Bununla əlaqədar olaraq ilkin mərhələdə Vətən müharibəsindən sonra dövlətin Koordinasiya Mərkəzi yaradıldı. Həmçinin müxtəlif nazirlik və digər qurumlarda aparılan işlər də eyni məqsədə xidmət edir".

Bunu "Jia.az"a "Ağıllı kənd və "Ağıllı şəhər" konsepsiyası üzrə standartların müəyyən edilməsi və təhlükəsizliyin tam təmin olunması ilə bağlı məsələləri şərh edən İKT mütəxəssisi Elvin Abbasov deyib.

E.Abbasovun sözlərinə görə, Azərbaycanda hələ də “SMART şəhər”lərin yaradılması ilə bağlı müxtəlif fikirlər səsləndirilir və konsepsiyaların hazırlanması prosesi gedir:

"Bu isə təbii olaraq bir çox yeni suallar yaradır. Bunlardan biri də “Ağıllı şəhər”lərin standartlarının müəyyən edilməsi ilə bağlıdır. Belə bir standartın olması bizim üçün çox əhəmiyyətlidir. Biz bu tip şəhər və kəndlərin yaradılması üçün müasir texnologiyaları tətbiq etməliyik bunun üçün isə müasir standartlar qəbul edilməlidir. Həmçinin həmin standartlar gələcəyə hesablanmalı və yenilənəbilən olmalıdır.

Əgər bu gün biz “SMART şəhər”lər üzrə informasiya-kommunikasiya texnologiyalarına standart qoymasaq hər kəs əlindəki məhsulunu “Ağıllı şəhər”in tərkibində sata biləcək. Bu isə o deməkdir ki, ölkədə qurulan “Ağllı şəhər”lərdə həm köhnə, həm də yeni texnologiyalar olacaq. Hər bir texnologiyanın özünəməxsus xəbərləşmə yöntəmi olduğu üçün müəyyən mərkəzi sistemlə idarə oluna bilməyəcək.

Bu səbəbdən də hazırda ölkəmizdə Standartlaşma İnstitutu (AZSTANDART) tərkibində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzərəti ilə İKT üzrə texniki komitə yaradılıb. "AzStand TK05" adlanan bu komitənin əsas fəaliyyətlərindən biri də “Ağıllı kənd” və “Ağıllı şəhər”lərdə qurulacaq Texnlogiyaların müasir standartlarla qurulmasını əsasını qoymaqdır. Artıq tətbiq mərhələsində o standartlardan kənara çıxılmasın, köhnə məhsullar, tətbiqlərlə işlər aparılmasın deyə bu yeni standartlar tətbiq olunacaq.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top