Polşa millisinin hücumçusu AVRO-2020-də oynamayacaq

İDMAN 08 iyn 2021, 09:05

Polşa millisinin futbolçusu Arkadiuş Milik Avropa çempionatında iştirak etməyəcək.

"Jia.az" Polşa Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, Fransa "Marsel"ində çıxış edən 27 yaşlı hücumçu zədə səbəbindən heyətdən çıxarılıb.

Zədəli vəziyyətdə komandaya qoşulan forvard ilk məşqlərdən sonra narahatlıq hiss edib. Bundan sonra məşqçilər heyəti onunla bağlı qərar verib.

Milikin əvəzinə heyətə hansısa futbolçunun cəlb ediləcəyi gözlənilmir.

Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Polşa millisi Slovakiya, İspaniya və İsveçlə birlikdə E qrupunda mübarizə aparacaq.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top