Dünya çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə başlayır

İDMAN 08 iyn 2021, 09:28

Bu gün Azərbaycanın daha 4 cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəyə qoşulacaq. "Jia.az"un məlumatına görə, onların hamısı kişilərin yarışında çıxış edəcək.

73 kq çəki dərəcəsindəki Hidayət Heydərov 1/32 finalda mozambikli Ayton Siquirlə, Nurlan Osmanov isveçli Tommi Masiasla üz-üzə gələcək.

81 kq çəkidə yer alan Zelim Tçkayev 1/64 finalda qabonlu Terense Kuamba ilə, Murad Fətiyev 1/32 finalda yeni zelandiyalı Elliott Konnolli ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb, Orxan Səfərov (66 kq) isə 5-ci yeri tutub. Hazırda Azərbaycan ümumi hesabda 7-cidir.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top