Siyəzəndə it qəzaya səbəb olub, ölən var

BÖLGƏ 08 iyn 2021, 09:31

Siyəzəndə 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Jia.az"ın Şimal bürosunun verdiyi məlumata görə, hadisə Siyəzən-Beşdam yolunda qeydə alınıb.

Belə ki, Ramazanov Kamil Ağaqulu oğlunun idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən qarşısına anidən it çıxıb. Bu zaman o, idarəetməni itirib və maşın aşıb. Nəticədə sərnişin, 1996-cı il təvəllüdlü Əhmədov Nicat Əhməd oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top