35 gün sonra nəşi tapılan şəhidin atası: Oğlumu əlindəki xalından tanıdım

QARABAĞ 08 iyn 2021, 15:18

"Tacirin bir amalı var idi - işğal altında olan torpaqlarımızı yağı düşmənin tapdağından azad etmək. Döyüş yoldaşları deyirlər ki, təbiətcə sakit insan olan Tacir döyüşlərdə böyük cəsarət, qəhrəmanlıqlar göstərib".

Bunu "Jia.az"un əməkdaşı ilə söhbətində Vətən müharibəsi şəhidi Tacir Əhmədovun atası Mehdi Əhmədov deyib.

Əhmədov Tacir Mehdi oğlu 2001-ci ilin aprelin 20-də Kürdəmir rayonunun Qarabucaq kəndində anadan olub. Bakı şəhər Binəqədi rayonu 182 nömrəli orta məktəbdə təhsil alıb. Məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini Naxçıvan Muxtar Respublikasında keçib.

Xidmətini bitirdikdən sonra ordu sıralarından ayrılmayıb. Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) kimi Vətənə xidmətini davam etdirib.

T.Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinə qatılıb. Füzulinin və Xocavəndin azadlığı uğrunda döyüşüb. Oktyabrın 20-də Xocavənd döyüşləri zamanı şəhid olub. Binəqədi rayonunda dəfn edilib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top