Lavrov: “Dağlıq Qarabağda dinc həyatın bərpasına kömək edirik”

SİYASƏT 09 iyn 2021, 11:24

Rusiya beynəlxalq münaqişələrin həllinə aktiv şəkildə kömək etməyə davam edəcək.

Jia.az APA-yaistinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Primakov qiraətləri” forumunda çıxışı zamanı bildirib.

“Biz Suriyada işləyirik. Dağlıq Qarabağda qan tökülməsini dayandırandan sonra dinc həyatın bərpa olunmasına kömək edirik. Əfqanıstanda, Liviyada, İran ətrafında, Koreya yarımadasında və digər qaynar nöqtələrdəki nizamlanmalarla bağlı beynəlxalq səylərə aktiv kömək edirik. Mən bunu nailiyyətlərimizə diqqəti çəkmək üçün demirəm. Biz hər zaman ehtiyacı olanlara kömək etməyə hazırıq. Bu, bizim tarixi missiyamızdır”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top